Pakistan Türkiyəyə baş verən zəlzələ ilə bağlı yardım göndərəcək. Türkiyə mətbuatı xəbər verir ki, Pakistan zəlzələ ilə bağlı axtarış-xilasetmə qüvvələri də ayırıb və bu qüvvələr tezliklə Türkiyədə olacaqlar.
Həmçinin məlumata görə, Şimali Kipr Türk Respublikasından da Türkiyəyə yardım üçün göndərilən qüvvələr artıq yola çıxıblar.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.