XƏBƏRLƏR / Din

Papa Fransiskin ölümünün rəsmi səbəbi açıqlanıb

Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəbər verir

Papa Fransiskin ölümünün rəsmi səbəbi açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Papa Fransisk insult keçirib, komaya düşüb və ürəyi dayanıb.

    Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəbər verir ki, bu barədə 89 yaşlı pontifikin ölümü ilə bağlı rəsmi tibbi hesabatda deyilir.

    "17 dekabr 1936-cı ildə Buenos-Ayresdə (Argentina) anadan olmuş, Vatikanın sakini və vətəndaşı olan Fransisk (Xorxe Mario Berqoglio) həzrətləri 21 aprel 2025-ci il tarixində səhər saat 7:35-də Santa-Martadakı mənzilində beyin insultundan vəfat edib. Onda ikitərəfli multimikrob sətəlcəm, çoxsaylı bronxoektaziya, yüksək qan təzyiqi ilə kəskin tənəffüs çatışmazlığı epizodu baş verib”, – məlumatda deyilir.

    Həmçinin bildirilir ki, pontifik 2-ci tip diabetdən əziyyət çəkirmiş.

    Vatikanın sözçüsü söyləyib ki, Papa Fransisk cümə və bazar günləri arasında dəfn edilə bilər: “Qaydalar cənazənin ölümdən sonra dördüncü və altıncı günlər arasında keçirilməsini nəzərdə tutur”.