Paris morqları rekord istilər səbəbindən dolub-daşır
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb
AP xəbər verir ki, Parisdə rekord istilərdən sonra morqlarda boş yerlər tükənib. Dəfn evinin sahiblərindən biri yüzlərlə zəngə cavab verdiyini və həmişə boş yer olmadığını deyir.

Fransada ən isti üç gündə ən azı 1000 əlavə ölüm halı qeydə alınıb. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı insanlar olub.
Yer boşaltmaq üçün cəsədlər digər şəhərlərə daşınır.
Dəfn evləri hakimiyyət orqanlarından müvəqqəti soyuducu konteynerlərə icazə vermələrini xahiş edir.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, Avropada isti hava dalğasından ölənlərin sayı 1300-ü keçib.
Ən çox zərər çəkən ölkələr İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya və Fransanın cənubudur.
1 dəqiqədən az