XƏBƏRLƏR / Siyasət

Parlament ABŞ Senatına qarşı bəyanat qəbul etdi

"ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”

Parlament ABŞ Senatına qarşı bəyanat qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib. 

    Bəyanatı deputat Kamilə Əliyeva səsləndirib.

    “Azərbaycan parlamenti Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur. ABŞ-ın təcavüskar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib.

    Əksinə maliyyə yardımı etmiş, yüksək səviyyəli görüşlər təşkil etmişdir. Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. 

    ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”,- deyə bəyanatda deyilib.