Paşinyan Ermənistanın Elektrik Şəbəkələrini dövlətə qaytarır
Bu barədə Ermənistan baş naziri özünün Facebook səhifəsində məlumat verib

“Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi planı hazırdır, - Ermənistanın baş nazir Nikol Paşinyan bildirib.
"Ermənistanın Elektrik Şəbəkələri QSC-nin milliləşdirilməsi planı hazırdır. Biz çox yaxın vaxtlarda praktiki mərhələyə keçəcəyik. Proseslər Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək", - o, Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, hakimiyyət çox yaxın vaxtlarda "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus şirkətin milliləşdirilməsinin praktiki mərhələsinə keçəcək.