Paşinyan Moskvadan Nyu-Yorka uçub VİDEO
Ermənistanın Baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasının işində iştirak edəcək

Paşinyan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Moskvadan Nyu-Yorka uçub. O bu barədə sosial şəbəkələrdə VİDEO paylaşıb.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Nyu-Yorkda Ermənistan Respublikasının Baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasının işində iştirak edəcək və yüksək səviyyəli debat seqmenti çərçivəsində çıxış edəcək.
Baş nazir Paşinyanın səfəri çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə də görüş planlaşdırılır.