Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
"Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan prezident Putinə minnətdarlığını bildirib.
Həmsöhbətlər Ermənistan və Rusiya arasında ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər."
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Kremlin mətbuat xidməti telefon danışığı haqda fərqli əlumat yayıb:
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib. Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib.
İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.
Əlaqələrin davam etdirilməsi razılaşdırılıb."