"Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, Ermənistan Azərbaycandan qaz almağa hazırdır."
Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammitində deyib.
“Məsələn, biz təsəvvür etsək ki, Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək, bu variant da istisna oluna bilməz".
Xatırladım ki, Zəngəzur dəhlizi konsepsiyası Meğri vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtariyyətinə və oradan da Qərbə gedən magistral qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
Paşinyan isə Zəngəzur dəhlizinin açılmasının şərtlərini bilir. Odur ki, qaz istəyirsənsə, dəhlizi aç.