Paşinyan uzatma taktikasını davam etdirəcək
Moskva və Tehrana olan öhdəlikləri onun şəxsi siyasi və fiziki uzunömürlülüyü üçün vacibdir
Nədənsə, Paşinyanın Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum üçün təklif olunan tarixlər barədə sürətli açıqlamaları ilə bağlı hadisələr ictimaiyyətimizin diqqətindən yayındı...
Əvvəlcə 2031-ci il elan edildi, amma cəmi iki gün sonra 2027 və 2028-ci illər üçün yeni tarixlər elan edildi.
Varçapetin ciddi bir siyasətçi üçün, yumşaq desək, çox "tələm-tələsik" tərzinə və "söhbəti fırlamağına" öyrəşmişik... amma hətta onun üçün tarixlərin belə dəyişməsi qeyri-adi görünürdü.
Sirr sadədir: Vaşinqtondan gələn şapalağ öz işini görür və varçapetın dərhal ağlı başına gəlir...
Bu, əlbəttə ki, referendum və ya TRIPP layihəsi üçün praktik hazırlıqların sürətləndiriləcəyi demək deyil. Paşinyan uzatma taktikasını davam etdirəcək, çünki Moskva və Tehrana öhdəlikləri onun şəxsi siyasi və digər uzunömürlülüyü üçün vacibdir...
Bizə isə strateji məqsəd və vəzifələrimizi həyata keçirmək üçün yalnız uyğun bir fürsəti gözləmək qalır.
Paşinyanın sistemsiz siyasi vurnuxması isə həmən bu fürsəti yaxınlaşdırmaqdadır.
1 dəqiqə