XƏBƏRLƏR / Siyasət

Paşinyan Münhendə Şarl Mişellə görüşüb

Erməni mənbələri görüşün qeyri-rəsmi olmasını vurğulayıllar

Paşinyan Münhendə Şarl Mişellə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Münhendə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib.

    Erməni mənbələri xəbər verirlər ki, həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Aİ əməkdaşlığı məsələlərinə toxunublar.