XƏBƏRLƏR / Münaqişə

Paşinyan növbəti dəfə mövqeyini dəyişdi

İndi o, Azərbaycanla sərhədin delimitasiyasına hazır olduğunu bildirir

Paşinyan növbəti dəfə mövqeyini dəyişdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın Ermənistana iki ölkə arasında sərhədin delimitasiya və demarkasiya edilməsi təklifinə əlavə şərtlər irəli sürən baş nazir Nikol Paşinyan mövqeyini dəyişib. Hər halda o, bununla bağlı bu gün bəyanat verib.

    "Ermənistan Praqa və Soçidəki razılaşmalar əsasında sərhədin delimitasiyasına hazırdır", bunu  Paşinyan aprelin 11-də Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan və Avropa Ittifaqının bəyanatından sonra dilə gətirib. Aİ-nın bəyanatında bildirilir ki, sərhəddə belə xoşagəlməz halların baş verməməsi üçün delimitasiya işlərinə başlamaq lazımdır. 

    “Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ məsələsinin və Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqliyimizi və iştirakımızı davam etdiririk. Ermənistan da əvvəl elan edilmiş prinsiplər əsasında nəqliyyat və iqtisadi regional marşrutlar açmağa hazırdır”, - Paşinyan bildirib.

    O qeyd edib ki, Ermənistan “Azərbaycanla sərhəddə qoşunların sinxron çıxarılmasına hazırdır”.