Paşinyanın oğlunu oğurlayan qadınla bağlı qərar verildi
Bu barədə "Sputnik Armenia” xəbər verib
Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan bir ay müddətinə həbs edilib.
“Sputnik Armenia” xəbər verir ki, hakim həbs qətimkan tədbiri seçilməməyi xahiş edən bir qrup müxalifətçi deputatın zəmanətini nəzərə almayıb.
Nəticədə Paşinyanın oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunan 44 günlük müharibədə həlak olan əsgərin anası Qayane Akopyan (Martirosyan) bir ay müddətinə həbs olunub.
Xatırladaq ki, mayın 18-də döyüşdə ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlunun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.
Qayane Akopyanın həbsi etiraza səbəb olub. Məhkəmənin qərarından narazı qalan bir qrup şəxs İrəvanın mərkəzində aksiya keçirir.
Respublika meydanına doğru irəliləyən etirazçılar Arşakunyats prospektini bağlayıblar. Məlumata görə, etirazçılarla polis əməkdaşları arasında toqquşma yaşanıb.