Peskov sülhməramlıların mandatından danışdı:Razılıq lazımdır
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb
"Sputnik Armenia" xəbər verir ki, Peskov görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib.
Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".