Peskovdan Alla Puqaçovanın Rusiyaya qayıtmasına münasibət
"Qanuna tabe olan istənilən vətəndaş Rusiyaya qayıtmaqda həmişə azaddır"
“Qanuna tabe olan hər bir Rusiya vətəndaşının vətənini sərbəst tərk etmək və geri qayıtmaq hüququ var”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rus estradasının ulduzu Alla Puqaçovanın ölkəyə qayıtmasını şərh edərkən deyib.
“Başqa ölkələrə gedən vətəndaşların sayında artım var. Orada işləyirlər, qayıdırlar. Bu davamlı bir prosesdir. Qanuna tabe olan istənilən vətəndaş Rusiyaya qayıtmaqda həmişə azaddır”, - Kremlin sözçüsü mətbuat konfransında vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-dəAlla Puqaçovanın Rusiyaya qayıtması xəbəri yayılmışdı. Ukraynaya qarşı keçirilən xüsusi hərbi əməliyyatdan sonra vətənini ailəsi ilə birlikdə tərk edən sənətçi bir müddət İsraildə yaşadı. İsrail-Fələstin müharibəsi başlayandan sonra isə müğənninin övladları ilə birlikdə İsraili tərk edərək Kiprə getdiyi barədə məlumatlar var idi.
Onun əri, komediya ustası Maksim Qalkin Rusiyanı sərt tənqid etdiyinə görə Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan edilib.