Pirəkəşküldə müddəti ötmüş, yararsız sursatlar partladılacaq
Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edir
Mayın 19-23-də Pirəkəşkül kəndi yaxınlığındakı poliqonda saxlama müddəti ötmüş və yararsız sursatlar təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdiriləcək.

"Biz əhalini partlayış səslərindən təşvişə düşməməyə çağırırıq, narahat olmağa əsas yoxdur" - deyə Müdafiə Nazirliyi xəbərdarlıq edib.
1 dəqiqədən az