XƏBƏRLƏR / Hərbi

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

    Bildirilib ki, sözügedən döyüş sursatları 26-30 may tarixlərində  təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

    "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".