Polad Bülbüloğluna "Vətənə xidmətə görə" ordeni verilib
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, P.Bülbüloğlu Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.