Prezident güc strukturlarının maaşını qaldırdı
Bu barədə İlham Əliyev Fərmanlar imzalayıb

- Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;
- Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları 10 % artırılıb;
- Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları 10 % artırılıb;
- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10 % artırılıb;
- Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları 10 faiz artırılıb;
- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;
- Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları 10 % artırılıb;
- DSX-ın hərbi qulluqçularının maaşları 10 % artırılıb;
- FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları 10 % artırılıb.
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;
- Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları 10 faiz artırılıb.