XƏBƏRLƏR / Maliyyə

Prezident İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantısında

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK / VİDEO / FOTO

Prezident İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantısında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:36

    Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

    VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

    Əvvəlcə birgə foto çəkdirilib.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra “Qurani-Kərim”dən ayə oxunub.

    Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.

    Dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.

    Daha sonra sənədlər imzalanıb.