XƏBƏRLƏR / Rəsmi

Prezident Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Prezident Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.

    2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.