XƏBƏRLƏR / Rəsmi

Rumıniya prezidentinin rəsmi qarşılama mərasimi olub

Mərasim Azərbaycan prezidentinin Zağulba iqamətgahında baş tutub

Rumıniya prezidentinin rəsmi qarşılama mərasimi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı.