XƏBƏRLƏR / Hərbi

Prezident Minatəmizləmə Agentliyi ilə bağlı fərman imzaladı

ANAMA-nın nizamnamə fondunun məbləği artırılıb

Prezident Minatəmizləmə Agentliyi ilə bağlı fərman imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.

    Qeyd edək ki, daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.