Prezident İlham Əliyevin Qarabağ səfəri YENİLƏNİB/FOTO
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub.
Bundan əvvəl isə Azərbaycan Prezidenti Şuşa rayonundakı “Saxsı” bulağında olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.
İlham Əliyev Xocalı rayonunun Pircamal, Xanabad və Pirlər kəndlərində də olub.