Prezidentin mətbuat katibi vəzifəsidən azad edildi
Azər Qasımovu Prezident İlham Əliyev öz sərəncamı ilə işdən çıxardı

Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2025-ci il"
Qeyd edək ki, 58 yaşlı A. Qasımov 2004-cü ildən sözügedən vəzifəni icra edirdi.