XƏBƏRLƏR / Kriminal

Prokurorluq S.Karapetyanın həbsə qaytarılmasını tələb edir

Bu barədə erməni mənbələri məlumat yayıb

Prokurorluq S.Karapetyanın həbsə qaytarılmasını tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Baş Prokurorluğu “Tashir Group” şirkətinin prezidenti Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən şikayət verib.

    Bu barədə erməni mənbələri şirkətin hüquqşünası Aram Vardevanyana istinadən məlumat yayıb.

    Vardevanyanın sözlərinə görə, Baş Prokurorluq bu məsələyə dair ərizəni yanvarın 5-də İstintaq Komitəsinə təqdim edib.

    Hüquqşünas bildirib ki, prokurorluq Karapetyanın yenidən həbs edilməsini tələb edir.

    Qeyd edək ki, 30 dekabr 2025-ci il tarixində onun barəsində tətbiq olunan həbs tədbiri dəyişdirilərək girov müqabilində ev dustaqlığı ilə əvəzlənib.