Putinin AZAL təyyarəsinə dair açıqlama vermək fikiri yoxdur
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib

Rusiya prezidenti Vladimir Putin Aktau yaxınlığında Azərbaycan aviaşirkətinə məxsus AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Xeyr, (təyyarə qəzası haqqında danışmaq - ANSPress) planları yoxdur”
O həmçinin əlavə edib ki, Kreml Bakıda "Rus Evinin" bağlanmasını anlaşılmazlıq hesab edir və vəziyyətin həllinə ümid edir
"Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, ikitərəfli təmaslar nəticəsində aradan qaldırıla bilən anlaşılmazlıqdır. Biz müxtəlif səviyyələrdə olan həmkarlarımız qarşısında bu məsələni qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, biz istisna etmirik ki, bu məsələ iki dövlət başçısı arasında dialoqda da qaldırıla bilər," - Peskov qeyd edib.