XƏBƏRLƏR / Hərbi

Qanunsuz dəstələrin üzvləri Ermənistan ordusunda olacaq?

Ermənistan Müdafiə Nazirliyində müzakirələr gedir

Qanunsuz dəstələrin üzvləri Ermənistan ordusunda olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağdakı qanunsuz silahlı dəstələrdə xidmət etmiş şəxslərin xidmətinin Ermənistan silahlı qüvvələri sıralarında davam etdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr gedir.

    Bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib.

    Qeyd edək ki, Azərbaycan ordusunun ötən ay Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra regionu tərk edən separatçı rejimə məxsus hərbi dəstələr Ermənistana gedib.

    Ermənistan Müdafiə Nazirliyi sentyabrın sonunda bəyan etmişdi ki, Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş şəxslər Ermənistan ordusunun sıralarında xidmətini davam etdirə bilərlər.

    Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycan-Ermənistan şərti sərhədində nisbi sakitlik hökm sürür.