XƏBƏRLƏR / Hərbi

Türkiyə F-16 ilə bağlı ABŞ-dan təkliflər alıb

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib

Türkiyə F-16 ilə bağlı ABŞ-dan təkliflər alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə öz hava donanması üçün dördüncü nəsil F-16 hərbi təyyarələrinin tədarükü və modernləşdirilməsi ilə bağlı təkliflərlə bağlı ABŞ-dan məktub alıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

    Söhbət Ankaraya 40 ədəd “F-16 Blok-70” təyyarəsinin satışından, Türkiyə Hərbi Hava Qüvvələrində artıq xidmətdə olan 79 ədəd F-16-nın modernləşdirilməsindən, eləcə də aviasiya sursatları partiyasının tədarükündən gedir.

    Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hazırda Birləşmiş Ştatların təklifi öyrənilir, bundan sonra tərəflər arasında sazişin yekun mətni üzərində müzakirələr başlanacaq.

    Ankara əlavə edib ki, Türkiyə tərəfi ölkənin daxilində hava qüvvələri donanmasının modernləşdirilməsinin tərəfdarıdır.

    Nazirlik Ankaranın dördüncü nəsil “Eurofihgter” təyyarələrinə marağını təsdiqləyib və bu məsələnin Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Böyük Britaniyaya səfəri zamanı müzakirə edildiyini qeyd edib.

    Almaniya da daxil olmaqla, “Eurofihgter” prosesində iştirak edən digər Avropa ölkələrinin Türkiyənin marağına müsbət münasibət bildirəcəyinə ümid edilir.