XƏBƏRLƏR / İctimaiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.