XƏBƏRLƏR / Hava

Qar yağacaq, yollar buz bağlayacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Qar yağacaq, yollar buz bağlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.

    Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə və gündüz 1-4° olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5°, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.