XƏBƏRLƏR / Hava

Qar yağacaq, yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Qar yağacaq, yollar buz bağlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.