XƏBƏRLƏR / İctimaiyyət

“Qarabağ” – “Çelsi” oyununa nələri buraxmayacaqlar?

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verir

“Qarabağ” – “Çelsi” oyununa nələri buraxmayacaqlar?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Noyabrın 5-də “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərənin “Çelsi” klubuna qarşı keçirəcəyi matçla əlaqədar bütün iştirakçıların, eləcə də məkanın təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin ediləcək.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    DİN-in mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, polis əməkdaşları tərəfindən azarkeşlər xüsusi detektorlarla yoxlanılacaq və qadağan olunmuş əşyalarla stadiona giriş məhdudlaşdırılacaq: “Burada polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunacaq. Futbol oyunları zamanı birmənalı olaraq şüşə və metal aşyalar, kəsici-deşici alətlər, dəyənəklər, fişəng, partlayıcı maddələr, səsgücləndirci qurğular, iri çantaların stadionlara buraxılması qadağandır. Çünki bu əşyalar stadionda futbolçularla yanaşı, məşqçilər korpusu, oyunu idarə edən hakimlər briqadası və izləyən tamaşaçıların təhlükəsizliyini təhdid altına alır”.

    Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.