Qarabağ erməniləri mənzil problemlərinin həllini tələb edir
Qarabağdan könüllü köçən 1700-ə yaxın ailə hələ də mənzil ala bilməyib
Qarabağı könüllü tərk edən ermənilər Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirərək, mənzil problemlərinin həllini tələb edirlər.
Bildirilir ki, Ermənistan hakimiyyəti əvvəllər Qarabağ ermənilərinə mənzil almaq üçün sertifikatlar verib, lakin banklar əməliyyat üçün əlavə şərtlər irəli sürərək maliyyələşdirməkdən imtina ediblər.
Etirazçılar bildirirlər ki, 1700-ə yaxın ailə hələ də mənzil ala bilməyib. Əgər onların problemi həll olunmasa, onlar hökumətin qarşısında gecə-gündüz piketlərə başlayacaqlar.