 
                                Ağdamın “Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün başa çatmasına iki tur qalmış növbəti çempionluğunu qazanıb.
Bu gün Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri ən yaxın təqibçisi - "Sabah" üçün əlçatmaz olub.
Hesabı 71-ci dəqiqədə Bəhlul Mustafazadə açıb. 6 dəqiqə sonra Ramil Şeydayev penaltini qola çevirib. 86-cı dəqiqədə isə o, oyuna son qoyub.
Beləliklə, “Qarabağ” 9 dəfə ölkə çempionu olan “Neftçi”ni bu göstəricidə qabaqlayaraq, yeni rekorda imza atıb.

 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            