XƏBƏRLƏR / İdman

"Qarabağ" - "Kopenhagen" matçının biletləri tükənib

Qiyməti 250-500 manat olan bir neçə VİP bilet qalıb

"Qarabağ" - "Kopenhagen" matçının biletləri tükənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" - "Kopenhagen" matçının biletləri demək olar ki, tükənib.

    Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun Bakıda keçiriləcək Azərbaycan “Qarabağ”ı ilə Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək oyunun biletləri demək olar ki, satılıb.

    Qiyməti 250-500 manat olan bir neçə VİP bilet istisna olmaqla, 31 min biletin demək olar ki, hamısı satılıb. 

    "Qarabağ" - "Kopenhagen" matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.