Qarabağ separatçısı Qukasyanın həbs müddəti 5 ay uzadıldı
Qərarı Binəqədi Rayon Məhkəməsi qəbul edib
Binəqədi Rayon Məhkəməsi Qarabağ separatçılarının keçmiş “prezidenti” Arkadi Qukasyanın həbs müddətinin uzadılması ilə bağlı prokurorun vəsatətinə baxıb.
Müraciətdə ibtidai istintaq tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Qukasyanın həbsinin daha bir neçə ay uzadılması təklif edilir.
Məhkəmə vəsatəti təmin edib və Qukasyanın həbs müddətini daha beş ay uzadıb.