Qarabağ Universitetinin fəaliyyəti üçün işçi qruplar yaranıb
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
"İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.
Qeyd edək ki, Qarabağ Universitetinə hələ rektor təyinatı olmayıb.