Qarabağ Universitetinin qəbul planı təsdiqlənib
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib
Xankəndidə yerləşən Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:
"Bu həftə artıq seçilmiş 3 proqram rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaq".