XƏBƏRLƏR / Təhsil

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün məlumat verib

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.

    Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.

    O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.

    B.Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və uğurla davam edir.