Ermənilər Qarabağ və İrəvanda yürüş keçirəcəklər
Qarabağdakı aksiyanın təşkilatçısı kimi milyarder Ruben Vardanyanın adı çəkilir
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan sentyabrın 2-də, İrəvandakı Azadlıq meydanında mitinq keçiriləcəyini bəyan edib.
Ermənistan KİV-i xəbər verir ki, mitinqin Qarabağdakı qondarma rejimin yaradılmasının növbəti ildönümü ilə bağlı təyin edildiyi qeyd olunub.
İşxan Saqatelyan Ermənistan müxalifətini aksiyaya qoşulmağa çağırıb.
Digər məlumata görə, həmin gün Qarabağda da separatçılar yürüş təşkil etmək niyyətindədirlər.
Qarabağdakı aksiyanın təşkilatçısı kimi milyarder Ruben Vardanyanın adı çəkilir.