XƏBƏRLƏR / İctimaiyyət

"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı paylaşım

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı paylaşım
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

    "Qarabağ" Futbol Klubu özünün "Facebook" səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.

    Paylaşımda deyilir: 

    "Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"

    "Neftçi" klubunun da "Facebook" hesabında anoloji paylaşım edilib:

    "Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!".

    Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.