XƏBƏRLƏR / İctimaiyyət

Rəsmi qeydə alınan 8 partiya

SİYAHI

Rəsmi qeydə alınan 8 partiya
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb.

    Rəsmi qeydiyyata alınan siyasi partiyaların siyahısını təqdim edirik:

    Yeni Azərbaycan Partiyası (YAP) – sədr İlham Əliyev;
    Ağ Partiya – sədr Tural Abbaslı;
    Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;
    Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;
    Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – sədr Arzuxan Əlizadə;
    Ümid Partiyası – sədr İqbal Ağazadə;
    Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;
    Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı.


    Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.
    1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.
    Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

    "Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

    Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.