Dövlət sərhədi boyu 1200 km torpaq yol tikilib.
101,5 km Zəfər yolu, Şükürbəyli-Cəbrayıl, Bərdə-Ağdam, Tərtər-Suqovuşan-Talış (1-ci mərhələ), Laçın şəhərinə girmədən alternativ yol tikilib istifadəyə verilib. 400 tona qədər hava gəmilərin qəbul edən Füzuli və Zəngilan Beynəlxalq hava limanı istifadəyə verilib.
Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl yüksək gərginlikli hava xətləri qurulub. Şuşa şəhəri içməli su ilə təmin edilib. Mobil rabitə fəaliyyəti, televiziya və radio yayımı təmin edilib.
Hal hazırda:
Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut, Xudafərin-Qubadlı-Laçın, Toğanalı-Kəlbəcər 1-ci dərəcəli maqistral və Füzuli-Ağdam, Füzuli-Hadrut, Laçın-Kəlbəcər, Xanlıq-Qubadlı 2-ci dərəcəli yolları tikilir. Layihələr çərçivəsində 855 km yol 66 km tunel inşa edilir.
Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolları tikilir. Ağdam-Xankəndi dəmiryolu tikintisi planlaşdırılır.
Laçında Beynəlxalq Hava limanı inşa edilir. 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Zəngilan rayonu Ağalı kəndi, Laçın şəhəri, Zabux kəndi, Füzuli şəhərinə ilkin sakinlər artıq qayıdıb.
Bakıdan Şuşa, Ağdama müntəzəm avtobus reysləri açılıb.
Füzuli şəhərinə reys açılması planlaşdırılır.