Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı
Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib
Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub.
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bu günə qədər işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2903 nəfərə etibarlı iş icazələri verilib.
Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların sırasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.