Qarabağdan qayıdan Çingiz Mustafayev hekayəsi VİDEO

Çingiz bir məktəb yaratdı - Şəhidlik məktəbi!

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün qardaşım Çingizin ad günüdür. Düz 32 il bundan əvvəl Çingiz 32 yaşında Şəhid olub. 

    Bizim nəsilə Çingiz adı düşmür. Əmim Çingiz Mustafayev 1942-c i ildə Müstəqil Azərbaycan dərnəyinin yaradıcılarından biri olaraq repressiya olundu, qardaşım Çingiz Vətən uğrunda gedən döyüşlərdə həlak oldu... Lakin tale ilə mübarizəmiz davam edir. Mənim oğlumun adını da yekdilliklə Çingiz qoymağa qərar verdik.

    32 il bundan öncə Çingiz həyatını, dünyada ən şirin və vacib olan balası Fuadı qoyub getdi, bizi qoyub getdi... Lakin Çingiz bir məktəb yaratdı - Şəhidlik məktəbi! Və bu gün bu məktəbdə bütün Azərbaycanlı balalar oxuyur, o cümlədən mənim oğlum Çingiz də.

    Bu dəfə Qarabağa Çingizi də özümlə apardım - imtahan verməyə. Siz baxın - Qarabağdan qayıdan Çingiz Mustafayev imtahanı verə bildi, ya yox?  

    Bu sənədli filmi ərsəyə gətirməkdə, ilk növbədə bizə bu şəraiti yaradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, arxadaşım Sevda Həsənovaya (Böyük Seva), qardaşım Seyfulla Mustafayeva və oğlum Çingiz Mustafayevə dərin təşəkkürümü bildirirəm!

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin, balalarımıza açıq səma, parlaq günəş və xoşbəxt, müharibəsiz həyat nəsib etsin!