Qarabağın erməni sakinləri Ermənistana yollanıb VİDEO
Laçın Dövlət Sərhəd Buraxılış Məntəqəsi adi iş rejimində çalışır
Bu gün Laçın DSBM-dən (Dövlət Sərhəd Buraxılış Məntəqəsi) Gorus-Xankəndi istiqamətində Qarabağ ermənilərinin növbəti keçidi təmin edilib. VİDEO
Ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi ilə 24 nəfərin sərbəst, heç bir maneə ilə üzləşmədən keçidi baş tutub.
Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.