XƏBƏRLƏR / Kriminal

Qaradağ rayonunda qonşusunu bıçaqlayan şəxs tutuldu

1989-cu il təvəllüdlü Bəhruz Məmmədov ölüb

Qaradağ rayonunda qonşusunu bıçaqlayan şəxs tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.