XƏBƏRLƏR / Neft və Qaz

Qardaş Özbəkistanda SOCAR böyük qaz yatağı aşkar edib

Yatağın proqnozlaşdırılan ehtiyatları 100 milyon tona qədər neft və 35 milyard kubmetr qazdır

Qardaş Özbəkistanda SOCAR böyük qaz yatağı aşkar edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan sənayesi tarixində ilk dəfə olaraq Ustyurt yaylasında 6,5 ​​min metr dərinlikdə quyu qazılıb və aparılan işlər nəticəsində böyük qaz ehtiyatları aşkar edilib.

    Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədovun verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müəllim və mentorlarla dialoq zamanı deyib.

    "Ölkəmiz nəhəng faydalı qazıntı ehtiyatlarına malikdir. Əvvəllər neft-qaz sənayesində kəşfiyyat işləri yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il yerli sənaye tarixində ilk dəfə olaraq Ustyurtda 6,5 ​​min metr dərinlikdə quyu qazılıb və çox böyük qaz ehtiyatları aşkar edilib".

    Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, “dördüncü sənaye inqilabı” şəraitində tellur, litium, selen, qrafit və molibden kimi texnoloji minerallara qlobal tələbat sürətlə artır. Mütəxəssislərin fikrincə, regionda dünya volfram, molibden, sink və titan ehtiyatlarının 15%-ə qədəri var.

    Ustyurt yaylasında işlərə 2024-cü ildə Özbəknefteqaz və SOCAR arasında bağlanan müqavilədən sonra başlanılıb. 2025-ci ilin iyulunda Özbəkistanın Energetika Nazirliyi, SOCAR və Özbəkneftqaz arasında regionda altı investisiya blokunu əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənəd ilk beş il ərzində ən azı 1000 kvadrat kilometr ərazidə geoloji kəşfiyyat, 3D seysmik kəşfiyyat və ən azı bir quyunun qazılmasını nəzərdə tutur. İnvestisiyalar 2 milyard dollar həcmində qiymətləndirilir, proqnozlaşdırılan ehtiyatlar isə 100 milyon tona qədər neft və 35 milyard kubmetr qazdır.