XƏBƏRLƏR / Hava

Qasırğa küləyi ciddi fəsadlar yaradıb

Nəticədə elektrik enerjisinin verilişində nasazlıqlar yaranıb

Qasırğa küləyi ciddi fəsadlar yaradıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gecə Azərbaycanın qərb və cənub rayonlarında qasırğa küləyi keçib. Nəticədə elektrik xətləri dağılıb. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu, rayonların bəzi kəndlərində elektrik enerjisinin verilişində nasazlığa səbəb olub.

    Məlumata görə, “Azərişıq”ın qəza-xilasetmə xidmətinin əməkdaşları lazımi avadanlıqlarla dərhal hadisə yerinə gəliblər. Hazırda bütün lazımi işlər aparılır. Bu ərazilərdə elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa olunur.