XƏBƏRLƏR / Hava

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    O, qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında , Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.